COP29 zolağına daxil olanlar cərimələnəcək? - DYP-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbirə hazırlıq prosesi davam edir. Konfransla bağlı ölkəyə gələcək çoxsaylı qonaqları nəzərə alaraq paytaxt yollarında sıxlığın yaranmaması üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Qonaqların rahatlığının təminatı üçün atılan addımlardan biri də yollarda çəkilən COP29 zolaqlarıdır.
Xatırladaq ki, paytaxtda həm avtobus, həm də velosipedlərin hərəkəti üçün ayrıca zolaq mövcuddur. Digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi müəyyən məbləğdə cərimə ilə nəticələnir.
İnsanları maraqlandıran məsələ yeni, COP29 zolağından istifadə qaydasıdır. Yəni bu zolaqdan kimlər istifadə edə bilər? Zolağa daxil olan avtomobilləri cərimə gözləyirmi və nə qədər?
Avtosfer.az xəbər verir ki, yaranan suallarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd edilən zolaqlarda hərəkətə nəzarətlə bağlı hər hansı göstəriş yoxdur və cərimə də tətbiq edilmir.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










