Coratda bir neçə çalanı asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO

Gündəm 17 Sentyabr 2026 20:45
Coratda bir neçə çalanı asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
WhatsApp kanalımıza abunə olun

Sumqayıtda küçələrdən birinə çəkilən asfaltla bağlı yayılan xəbərlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Avtosfer.az xəbər verir ki, şəhərin Corat qəsəbəsi Miriş Qafarov küçəsinə bir müddət əvvəl asfalt çəkilməsi ilə bağlı məlumat yayılıb. Lakin daha sonra çəkilən asfaltın sadəcə bir neçə çala-çökəyi doldurmaqla kifayətləndirildiyi ortaya çıxıb.

Sosial şəbəkələrdə yayılan fotolarda da asfaltı sadəcə bir darvazanın qarşısına və bir neçə kiçik əraziyə çəkildiyi məlum olub. Ərazidə yaşayan vətəndaşlar bütövlükdə marşrut xəttinin yolunun asfaltlanmalı olduğunu xüsusi qeyd ediblər.

Sakinlərin sözlərinə görə, uzun müddətdir Corat qəsəbəsinin yollarının yağışlı aylarda keçilməz olmasından şikayətlənsələr də, aidiyyəti qurumlardan reaksiya olmayıb.

Səfər

FOTO QALEREYA
Oxunub : 218
ŞƏRH YAZ
Ad

E-mail

Şərh