COVID-19 peyvəndinin tətbiqindən sonra Azərbaycanda hansı dəyişikliklər olacaq? - AÇIQLAMA

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev COVID-19-a qarşı peyvəndin qısa zaman çərçivəsində tətbiqi mövzusuna toxunub.
Bununla bağlı Moderator.az -a açıqlama verən azərbaycanlı alim peyvənd tətbiq edilmə prosesinin həyata keçiriləcəyi təqdirdə, dünyanın virusla bağlı ümumi mənzərəsində hansı dəyişikliklərin olacağına aydınlıq gətirib.
N.Abdullayev son günlər mətbuatda peyvəndlərlə bağlı yayılan xəbərlərdən sonra insanların buna həssas yanaşdığını nəzərə alaraq bildirib ki, birinci nəsil peyvəndin tətbiqi başlayan kimi hər şey bitmiş sayılmayacaq.
Onun sözlərinə görə, peyvəndləmənin tətbiq planı üzrə icrası mürəkkəb prosesdir: “Dünyanın heç bir ölkəsində əhalinin hamısına eyni zaman çərçivəsində peyvənd tətbiq edilməyəcək. Bu da öz növbəsində bizləri fərqli mənzərə ilə qarşılaşdıracaq. İnsanlar bilməlidir ki, peyvəndləmə əvvəlcədən bəlli olmuş plan üzrə aparılır və birinci nəsil peyvəndin müvafiq funksiyasına görə ölüm hallarının qarşısının alınması məqsədi ilə xüsusi risk qrupuna daxil olan xəstələr və ciddi yanaşı xəstəlikləri olanlar ilkin mərhələdə peyvənd olunacaq. Yerdə qalan qruplara isə bu mərhələdə peyvəndin vurulmaması müəyyən narazılıqlara gətirib çıxarmaqla yanaşı eyni zamanda virusun daha gənc nəsil arasında yayılmasına səbəb ola bilər ki, bu dəfə də reanimasiyalarda daha gənc insanları görə bilərik. Bu da öz növbəsində onların müəyyən qisminin ölümü ilə üzləşə bilmək deməkdir. Bunun qarşısını almaq üçün isə artıq indidən gecikmədən tədbirlər görüb müasir və COVID-19 əleyhinə daha effektli antiviral dərmanların Azərbaycana gətirilməsini təmin etmək lazımdır’’.
Azərbaycanlı alim əlavə edib ki, önümüzdəki aylarda peyvəndin tətbiqi ərəfəsində də maksimum təmkinli olub virusdan qorunma tədbirlərinə mütləq əməl etmək vacibdir. O, qeyd edib ki, “peyvənd çıxıb virus məhv olub” düşüncəsi ciddi şəkildə ölümlərə yol açacaq yeni virus dalğasına səbəb ola bilər.
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq










