Daha bir abad həyət sakinlərin istifadəsinə verildi - FOTO

Xətai rayonu Məzahir Rüstəmov küçəsində yerləşən 7 və 15 saylı binaların həyətində sakinlərin asudə vaxtının və istirahətinin təşkili üçün abad həyət istifadəyə verilib.
Bu barədə Xətai Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bilidirilib ki, görülmüş işlər çərçivəsində həyət yöndəmsiz tikililərdən, qeyri- qanuni hasarlardan təmizlənmiş, bütün yaş qruplarında olan sakinlərin istirahəti üçün tam şərait yaradılıb. Belə ki, həyətdə günlüklər, uşaq və gənclər üçün əyləncə və idman qurğuları, mini stadion, oturacaqlar və işıqlandırma sistemləri quraşdırılıb. Ağaclara, dekorativ gül kollarına və yaşılıq zolaqlarına aqrotexniki xidmətin təmin edilməsi üçün su xətləri çəkilib. Binaların fasadları, giriş qapıları və pilləkən qəfəsləri, dam örtüyü və s. əsaslı şəkildə təmir edilib. Hazırda blokların istismar müddəti başa çatmış liftləri müasir alman liftləri ilə əvəz edilir. Bu Məzahir Rüstəmov küçəsində sakinlərin istifadəsinə verilmiş beşinci abad həyətdir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












