Daha bir erməni saxtakarlığı aşkar edildi - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin adından saxta məktublar göndərdiyini qeydə alıb.
Bu barədə Avtosfer.az-a Nazirlikdən məlumat verilib.
Məlumata görə, “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Elektron Təhlükəsizlik Xidməti araşdırma aparana qədər bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.
"Bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. ABA-nın internet səhifəsində yerləşdirilən məlumat və onun adından göndərilən saxta məktub əlavə olunur. Xahiş edirik ki, bu kimi hallarla üzləşdikdə, “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin", - deyə nazirlik bəyan edib.
Nərminə

Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












