Dairəvi yolun tam bağlanması ciddi narazılığa səbəb olub - 50 qəpik?

Bakı dairəvi avtomobil yolu tam bağlanıb. Adıçəkilən yolda təmir işləri bir necə gün öncə başlayıb. APA TV-nin xəbərinə görə, təmir işləri başlayanda yolda hərəkət qismən məhdudlaşdırılsa da, sonradan gediş hissə tam bağlanıb. Yolun təmir olunmasından xəbərsiz olan sürücülər yolun yarısından geri qayıtmalı olurlar.
Sürücülərin çoxu bildirdilər ki, yolun bağlanmasından sonra "Sədərək" ticarət mərkəzinin daxili yolundan istifadə edir, bu zaman hər dəfə 50 qəpik ödəniş edirlər. Mövcud vəziyyət isə haqlı narazılığa səbəb olub. "Yolları bağlayıblar. 50 qəpik alıb içəri buraxırlar. Bu harada görünüb? Harada var belə bir şey?"
Sürücü deyir ki, yol nişanlarının olmaması səbəbindən hər gün yol qəzası baş verir. Çəkiliş apardığımız zaman özünü “Sədərək” ticarət mərkəzinin əməkdaşı kimi təqdim edən şəxslər öncə çəkiliş aparmağa icazə vermədilər. Daha sonra avtomobilə yaxınlaşaraq nalayiq sözlər işlədərək avtomobilin qarşısını kəsdilər.
Mövcud vəziyyətə münasibət bildirən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib ki, təmir işləri başlayanda yolda hərəkət qismən məhdudlaşdırılıb. Lakin sonradan bəzi sürücülərin səriştəsizliyi həmin ərazidə qəzaların yaranmasına gətirib çıxartdığı üçün həmin yolda gediş hissəsi tam bağlanıb. Onun sözlərinə görə, sürücülər dairəvi qovşaqla düz hərəkət etməklə Lökbatan-Xocasən yoluna çıxa və Astara-Qazax istiqamətində yollarına davam edə bilərlər. Bu zaman “Sədərək” ticarət mərkəzinin yoluna keçməyə ehtiyac qalmayacaq. Pünhan Mürsəliyev deyib ki, hələlik Bakı Dairəvi Yolunun nə zaman açılacağı bəlli deyil.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












