Danışıqlar başlayır - döyüşlər gündəlikdədir

Azərbaycanın Qarabağın işğaldan azad edilməsi ilə bağlı apardığı döyüşlərin növbəti, danışıqlar mərhələsi başlayır.
Bu, həm də Ermənistan hakimiyyətinin bu döyüşləri uduzmasıdır. Atəşkəslə bağlı bu ölkənin baş naziri Nikol Paşinyan, prezidenti Armen Sarkisyanın beynəlxalq ictimaiyyət qarşısında çoxsaylı xahiş-minnət edir, yalvarır. Azərbaycan hakimiyyətinə isə beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çoxsaylı müraciətləri olub.
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevxalqa müraciətində həm atəşkəs, həm şərtlər açıqlanıb: “Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. ...Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik”.
Döyüşlərdən sonra Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi.
Bundan sonrakı mərhələdə danışıqlar prosesi baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək.

Danışıqlar prosesində Prezident İlham Əliyevin yuxarıda qeyd etdyimiz tələbləri kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.
Döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir.
Azərbaycan Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu özü dəyişdirdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi.
O, böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərə sinə gəlməkdədir. Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Ali Baş komandanın rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.
Ermənistanın dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə sarsıdıldı. Bütün hallarda danışıqlar başlasa da, Azərbaycanın şərtləri təmin olunmayanadək müharibə təhlükəsi gündəlikdədir.
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT










