Daşımalar üçün icazələrin verilməsinə dair statistika açıqlanıb

Bu günə qədər Azərbaycan daxilində sifarişli sərnişin və yükdaşımaları üzrə buraxılış kartı üçün 24670, buraxılış vəsiqəsi üçün isə 9562 müraciət daxil olub.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşımalar, eləcə də yükdaşıma ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələri nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 7 il müddətinə verir və bunun üçün heç bir ödəniş tələb olunmur.
Daxil olan müraciətlərdən 22 397 buraxılış kartı, 7289 buraxılış vəsiqəsi üçün müraciət edənlər ölkədaxili yükdaşımaları həyata keçirənlərdir. Sifarişli sərnişindaşıma sahəsində isə müraciət edilən buraxılış kartlarının sayı 2273, buraxılış vəsiqələrinin sayı 1529-dur. İcazələrin verilməsi prosesi davam etdirilir.
Sifarişli sərnişindaşıma və ölkə daxilində yükdaşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün Agentlik tərəfindən “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib. İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.
Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, daşıyıcıların uçotunun aparılması, bu sahədə daşımaların təhlükəsizliyinin, ətraf mühit və əməyin mühafizəsinin təmin olunmasıdır.
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO










