“Dayanmağa” gücü qalmayan sınıq-salxaq dayanacaqlar - FOTOLAR

Quba şəhərində quraşdırılmış ictimai nəqliyyat dayanacaqları çox yararsız vəziyyətə düşüb.
“Report”a müraciət edən şəhər sakinləri vəziyyətdən şikayətləniblər.
Sakinlər bildiriblər ki, Quba şəhərində istifadə olunan dayanacaqlar artıq istismar müddətini çoxdan başa vurduqları üçün onların “dayanmağa” gücü qalmayıb.
Müşahidələr də təsdiqləyir ki, Quba şəhərindəki standartlara uyğun olmayan dayanacaqların qoruyucu şüşəsi və dam örtüyünün olmaması azmış kimi, onlarda antisanitar vəziyyət hökm sürür, divarlarını müxtəlif sözlər “bəzəyir”. Ona görə də sərnişinlər ictimai nəqliyyatı həmin dayanacaqlarda deyil, sadəcə, yol kənarındakı ağacların altında gözləməyə üstünlük verirlər. Sərnişinlər məcburiyyət qarşısında bu vəziyyətə öyrəşsələr də, yeni dayanacaqların istifadəyə verilməsini çox arzu edirlər.
Məsələ ilə bağlı açıqlama verən Quba şəhər icra nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov bildirib ki, artıq şəhərdəki dayanacaqların yeniləri ilə əvəz olunması müzakirə edilib və tezliklə bu prosesə başlanılacaq:
“İndi hər şey tədricən müasirləşdiyi kimi, dayanacaqların da yeni standartlara uyğunlaşdırılması labüddür. Bununla əlaqədar Quba Rayon İcra Hakimiyyətində müzakirə aparılıb. Yəqin ki, yaxın dövrdə çox müasir üslublu, memarlıq baxımından görkəmli dayanacaqlar sakinlərin istifadəsinə veriləcək”.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA































