Dayım döyüşlərdə şücaəti ilə seçilib, mən də vətən üçün canımdan keçməyə hazıram - Şəhid Dmitri Solntsevin bacısı oğlu

Azərbaycan torpaqlarını erməni işğalından azad etmək Azərbaycanda yaşayan hər bir vətəndaşın müqəddəs borcudur.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında şəhid Dmitri Solntsevin bacısı oğlu Anar Süleymanov deyib.
O bildirib ki, Azərbaycan ərazisində yaşayan, dilindən, dinindən və millətindən asılı olmayaraq hər bir kəs Azərbaycanı müqəddəs vətəni bilməlidir:
"Mənim dayım Dmitri də Azərbaycanda yaşayan və Azərbaycanı sevən biri idi. O həmişə torpaqlarımızın işğalından söz düşəndə kədərlənir, ermənilərə qarşı xüsusi nifrət edirdi. Dayım ali məktəbi qırmızı diplomla bitirib və işləyirdi. Hər zaman Azərbaycan bayrağı ilə qürur duyurdu. Heç kimlə məsləhətləşmədən hərbi təlimlərə yazıldı və könüllü olaraq vətənə xidmətə yollandı. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin tərkibində döyüşə atılıb və şəhid oldu. Mənim dayım mənim üçün nümunədir, qürur mənbəyidir. Bu gün mən də Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün canımdan keçməyə hazıram. Dayım döyüşlərdə şücaəti ilə seçilib. Hamımız Azərbaycan torpaqları uğrunda döyüşməyə hazır olmalıyıq. Qarabağ Azərbaycandır".
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT










