"Dəhlizlərimizdən Gürcüstan da böyük gəlirlər qazanır" - DEPUTAT

Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycanla qaz alışı üzrə razılığa gələcəyinə ümid etdiklərini bildirib. O, İctimai Televiziyaya verdiyi müsahibədə, tərəflərin qarşılıqlı faydalı bir razılaşma əldə edəcəyini vurğulayıb. Xatırladaq ki, iki ölkə arasında Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü üzrə mövcud sazişin müddəti 2026-cı ilin sonunda başa çatır.
Azərbaycan-Gürcüstan arasında qaz tədarükü sazişinin 2026-cı ildən sonra uzadılması Azərbaycanın enerji ixracı strategiyasına necə təsir göstərə bilər? Cənub Qaz Dəhlizi çərçivəsində Gürcüstanın mövqeyi Azərbaycan üçün iqtisadi baxımdan nə dərəcədə strateji əhəmiyyət daşıyır?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Redaktor.az"a danışan Milli Məclisin üzvü Azər Badamov bildirdi ki, Gürcüstan qaz tələbatını 90 faiz Azərbaycandan idxalla təmin edir:

"Bu baxımdan Azərbaycanla Gürcüstan arasında qaz tədarükü sazişinin 2026-cı ildən sonra uzadılması ilk növbədə Gürcüstanın enerji təhlükəsizliyinin təminatı deməkdir. Azərbaycanın karbohidrogen resurslarının beynəlxalq bazarlara ixrac olunduğu əsas ixrac xətləri də Gürcüstan ərazsindən keçir. Belə ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə ildə təxminən 23 milyard kubmetr qaz ixrac edir. Bu da Gürcüstanın dövlət büdcəsinə qaz tranzitinə görə böyük gəlirlərin gəlməsinə imkan veirir".
Onun sözlərinə görə, Azərbaycan - Gürcüstan münasibətlərinin gün-gündən möhkəmlənməsi qarşılıqlı fayda və hörmət əsasındadır.
"İlk növbədə qeyd etmək istəyirəm ki, Gürcüstan nəqliyyat, neft və qaz dəhlizlərinin keçdiyi əsas qapıdır. Yaxın zamanlarda Gürcüstan ərazisndən yaşıl enerji dəhlizinin də tikintisi razılaşdırılıb. Bu o deməkdir ki, dəhlizlərimizdən Gürcüstan da böyük gəlirlər qazanır. Bu baxımdan ölkələrimiz arasında münasibətlərin dərinləşməsi və əməkdalıq müqavilələrin uzun müddətli olması ölkələrimizə qarşılıqlı faydalar gətirir", - deyə Azər Badamov bildirdi.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












