Dəhşət! Dönərə qatılan əlavələr vaxtı keçmiş məmulatlardır

Xəbər verdiyimiz kimi Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Məmmədov Bəhlul Sərvər oğluna məxsus “Avtoş Dönər” iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb. Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası (E.Coli) aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Aparılan monitorinqlər və onun nəticələri göstərir ki, dönərxanalarda hələ də ciddi nöqsanlar qalmaqda davam edir.
Mövzu ilə bağlı danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, inzibati addımlarla həmin sahədə vəziyyəti kökündən düzəltmək mümkün olmayacaq:
“Belə neqativ halların mövcudluğunun kökünü qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. Qida Təhlükəsizliyi Agentliyi üzərinə çoxlu səlahiyyət götürsə də, əli-qolu əslində bağlıdır. Qida sahəsində dövlət siyasəti mütləq dəyişməlidir. AQTA cəld yoxlama apara, prosesə aktiv müdaxilə edə bilmir. Ona görə də AQTA-nın əsasnaməsində dəyişiklik olmalı, onlar cəlb müdaxilə etmək imkanına sahib olmalıdırlar.
Azərbaycanda zəhərlənmələr gizlədilir?
Dönərxanalar təkcə antisanitar vəziyyətdə olması ilə seçilmir. Dönərə qarışdırılan əlavə mayonez, ketçuplar əksər hallarda köhnəlmiş, vaxtı keçmiş olur, isti şəraitdə saxlanılır. Azərbaycanda zəhərlənmələr gizlədilir. Bəlkə ona görədir ki, ölkəmizdə qidadan zəhərlənmələr ümumdünya göstəricisindən 700 dəfə azdır”.
Birlik sədri problemin həlli üçün nümunəvi dönərxanalar yaradıb onun lobbiçiliyini aparmaqla istehlakçılara tanıdılmasını təklif edir:
“Dönərxanalarla bağlı vəziyyətin düzəldilməsi üçün dəfələrlə məsələ qaldırmışam. Təklif edirdim ki, nümunəvi dönərxanalar yaradıb onun lobbiçiliyini aparmaqla istehlakçılara tanıdaq. Bu bazar üsulu ilə digərləri də fəaliyyətlərini düzəltməli olacaqlar. Əks təqdirdə, sıradan çıxacaqlar. İnzibati yollarla onları bağlamaq isə doğru yanaşma deyil”.
Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev 4 il əvvəl dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib. Onun sözlərinə görə, dönərxana yaratmaq istəyənlər həmin dönərxanaları əyani şəkildə görməlidirlər. 4 il keçməsinə baxmayaraq nə nümunəvi dönərxalar yaradılıb, nə də dönərxanalardakı vəziyyətlə bağlı yeniliklər tətbiq edilib. / Bizim.Media
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










