Dəhşətli istilər gəlir - XƏBƏRDARLIQ

Ölkədə kəskin istilər hökm sürür. Artıq bu hava şəraitinin fəsadları da özünü göstərib. Bu günlər çimərlik həvəskarları üçün əlverili olsa da, həkimlər ehtiyyatlı olmağı məsləhət görür. Hidrometereoloqlar isə istilərin hələ bir müddət davam edəcəyini proqznozlaşdırır. ANS-in məlumatına görə, son iki gündə ölkə ərazisində hökm sürən isti hava şəraiti insanları daha ehtiyyatlı davranmağa məcbur edib. Günorta saatlarında paytaxt küçələrində seyrəklik müşahidə edilir. Çünki əksər sakinlər günvurmadan qorunmaq üçün məhz axşam saatlarında gəzintiyə çıxmağa üstünlük verir. İstirahət günü olmasına baxmayaraq paytaxtın daha çox insan sıxlığı müşahidə edilən ərazilərində sükut hökm sürür. Lakin məcburiyyət qarşısında qalıb, günün qızmar saatlarında açıq havaya çıxan sakinlər də var.
Paytaxt sakini Nəsib Zeynalov: "İnanırsız mən özümdə xəstəyəm, isti vuran kimi burnumdan qan açılır. Həkim də istidə gəzməyə icazə vermir. Amma olmur, işə çıxmaq məcburiyyətindəyəm”.
Paytaxt sakini Fatma Kərimova: "İsti mənə pis təsir edir, amma nə edim işə gedirəm. Buna fikir vermirəm. Ancaq su içirəm vəssalam”.
Bakı Şəhər Təcili Tibbi Yardım Stansyasından verilən məlumata görə, ötən gün qeydə alınan yüksək temperatur 3 nəfərin stansiyaya müraciət etməsinə səbəb olub. Gün vurma diaqnozu qoyulan 3 nəfərdən 2-nə tibbi yardım göstərilib, digər bir nəfər isə vəziyyəti nisbətən ağır olduğundan müalicəsini xəstəxanada davam etdirməli olub. Ümumilikdə isə yay fəsli daxil olandan bu günə qədər 29 nəfər təcili tibbi yardım stansiyasına gün vurma diaqnozu ilə müraciət edib. Məhz buna görə də həkimlər bu cür isti havada zərurət yaranmadığı təqdirdə saat 11:00-dan 17:00-dək açıq havada olmamağı məsləhət görür. Gün ərzində daha çox maye qəbul etməklə gün vurmasından qorunmaq mümkündür. Hidrometereoloqlar isə sakinlərə kəskin istilərlə bağlı xəbərdarlıq edir. 18-19-20 avqust tarixlərində havanın temperaturunda yüksəlmə qeydə alınacaq. 18-19 avqust tarixlərində havanın hərarəti 39 dərəcəyə qədər qalxacaq. Ən yüksək temperatur isə 20 avqust tarixində qeydə alınacaq. Baş hidrometereoloq Asif Verdiyevin sözlərinə görə, ayın 20-də Bakı və yarımadada temperaturun 40 dərəcəyə qədər yüksəlməsi gözlənilir: “Bəzi yerlərdə, eyni zamanda mərkəzi aran rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 43 dərəcəyə qədər artacaq”.
Sabahdan etibarən 3 gün davam edəcək kəskin istilər isə avqust ayının 21-dən etibarən nisbətən sərin hava ilə əvəzlənəcək. Əsən şimal küləyi hərarətin azalmasına səbəb olacaq.
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam










