Dələduzlar psixoloji üsullara əl atır – “Təsdiq üçün telefona kod gələcək, onu deyin”

Vətəndaşlar tez tez tanımadıqları nömrələrdən gələn zənglərlə üz-üzə qalırlar.
Zəngi açdıqda qarşı tərəf vətəndaşı söhbətə tutur, ad-soyadını öyrəndikdən sonra isə onun bank kartından pul mənimsəyir.
Dələduzluq yolu ilə ələ keçirilən pullar saxtakarlar tərəfindən dəfələrlə həyata keçilir. Belə hal vətəndaşların təhlükəsizliyini sual altında qoyur.
Görəsən dələduzlar yalnız ad-soyad öyrənməklə necə və hansı yollarla vətəndaşların kart məlumatlarını ələ keçirə bilir?

Bu barədə İKT mütəxəssisi Elvin Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, son vaxtlar bu cür zənglərin artması təsadüfi deyil və məsələ ondadır ki, dələduzlar artıq texniki yox, daha çox psixoloji üsullardan istifadə edirlər. “Vətəndaşa naməlum nömrədən zəng edilir, qarşı tərəf özünü bank əməkdaşı, dövlət qurumu, ya da texniki xidmət kimi təqdim edir və ilk etapda etibar qazanmaq üçün ad–soyad soruşur. İnsan adını təsdiqlədikdə, dələduz artıq qarşısındakının real şəxs olduğunu anlayır və söhbəti daha rəsmi istiqamətə yönəldir. Əsl təhlükə də məhz bundan sonra başlayır. Qarşı tərəf “kartınızda şübhəli əməliyyat var”, “hesabınız bloklanmaq üzrədir”, “kartınızdan pul çıxışı olub” kimi qorxu yaradan ifadələr işlədir. İnsan panikaya düşür və düşünmədən suallara cavab verir. Bu mərhələdə vətəndaşdan kart nömrəsi, son istifadə tarixi, CVV kodu və ya SMS-lə gələn birdəfəlik şifrə istənilir. Texniki olaraq bank kartından pulun çıxarılması təkcə ad-soyadla mümkün deyil, amma dələduzlar mərhələli şəkildə məlumat toplayaraq sonda kartı tam nəzarətə götürürlər. Bəzi hallarda isə zəng əsnasında vətəndaşa “təsdiq üçün telefona kod gələcək, onu deyin” deyilir. İnsan da bunu adi yoxlama kimi qəbul edib kodu paylaşır. Halbuki bu kod kartdan pul çıxarılması və ya hesaba giriş üçün son açardır. Dələduz üçün ad-soyad sadəcə söhbəti inandırıcı etmək, növbəti addımlara keçmək üçündür”.
Mütəxəssis vətəndaşların diqqətli olmalı məqamları da vurğulayıb: “Vətəndaşlar bilməlidir ki, bank əməkdaşı heç vaxt telefonla kart məlumatı, CVV, PIN və ya SMS kod istəmir. Heç bir rəsmi qurum zəng edib “təcili məlumat verin” demir. Naməlum nömrədən gələn zənglərdə sual verildikdə belə, ad və digər şəxsi məlumatları təsdiqləməmək lazımdır. Şübhəli zəng dərhal dayandırılmalı və lazım gələrsə, bankla yalnız rəsmi nömrə vasitəsilə əlaqə saxlanılmalıdır”.
Nurcan Babək
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












