Dələduzlar yenidən iş başında: Pulsuz "BakıKart" adı ilə pulları ələ keçirirlər - FOTO

Dələduzluqla məşğul olan şəxslər insanların pulunu mənimsəmək üçün növbəti yola əl atıblar. Avtosfer.az xəbər verir ki, Facebook sosial şəbəkəsində "Bakı ictimai nəqliyyat kartı" adlı saxta səhifə yaradılıb. Həmin səhifədə "BakıKart"ın pulsuz əldə olunması və il ərzində ödənişsiz ictimai nəqliyyatdan istifadə edilməsi ilə bağlı saxta təkliflər irəli sürülür. Bu təklifdən yararlanmaq istəyənlərə isə təqdim edilən linkə daxil olmaları tələb olunur.
Qeyd edək ki, həmin linkə daxil olduqdan sonra şəxsi məlumatların yazılması tələb olunur. Bundan sonra kart hesablarında olan vəsaitlər dələduzlar tərəfindən mənimsənilir. Həmin dələduzlar yaratdıqları müxtəlif saxta profillərlə sözügedən paylaşımın rəy bölməsində kartı əldə etdiklərini və bundan məmnun olduqlarını yazaraq insanları inandırmağa çalışırlar.
Belə məlumatlara inanmamağı və şəxsi məlumatları heç yerdə paylaşmamağı tövsiyə edirik.
Könül Rauf
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO












