Dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq – FOTO FAKT

Kiberdələduzlar tərəfindən "Lalafo.az" və "Tap.az" platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam edir.
Avtosfer.az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan platformalarda elan yerləşdirən vətəndaşlara müxtəlif nömrələrdən mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir. Lakin məhsulun ödənişinin əldə olunması üçün vətəndaşa saxta "Azərpoçt" keçidi təqdim olunur. Qeyd olunan keçiddə vətəndaşın bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək xüsusi bölmələr yaradılıb.
"Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını tanımadıqları şəxslərə ötürməməyi tövsiyə edir", - deyə qurumun məlumatında bildirilib.



Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












