Dəmir Yolu Administrasiyaları Şurasının yaradılması təklif edildi

Özbəkistan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mənzil-qərargahı Daşkənddə yerləşəcək Dəmir Yolu Administrasiyaları Şurasının yaradılmasını təklif edib.
Bu barədə Özbəkistan Prezidenti Şafkat Mirziyoyev TDT-nin dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
“Ötən həftə Daşkənddə yaradılmış Türk Dövlətlərinin Logistika Mərkəzləri və Yükgöndərənlər Alyansının gündəliyin formalaşmasına və təşkilatımızın nəqliyyat sahəsində prioritet vəzifələrinin həyata keçirilməsinə geniş şəkildə cəlb edilməsini məqsədəuyğun hesab edirik. Əminəm ki, təşkilat daxilində Dəmir Yolu İdarələri Şurasının yaradılması və onun mənzil-qərargahının Daşkənddə yerləşdirilməsi təklifini qəbul edəcəksiniz”, - o bildirib.
O qeyd edib ki, TDT ölkələri qətiyyətlə əsas dünya bazarlarına çıxışa və Böyük İpək Yolunun yeni tarixi şəraitdə dirçəldilməsinə yönəlib.
Ş.Mirziyoyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma həcmlərinin daim artdığını da qeyd edib:
“Biz ticarət və nəqliyyat nazirlərinə növbəti sammitimizə qədər beynəlxalq dəhlizlərin imkanlarından maksimum səmərəli istifadə etmək, avtomobil daşımalarının tam rəqəmsallaşdırılması və “yaşıl dəhlizlər”in yaradılması üçün birgə kompleks tədbirlər hazırlamaları barədə tapşırıq verə bilərdik”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












