Dəmir yolumuz tankla dolacaq

ABŞ Azərbaycan Dəmir Yollarını, o cümlədən tikilməkdə olan Bakı-Tbilisi-Qars hərbi yüklərlə dolduracaq. Anspress-in məlumatına görə, Rusiya mənbələri bildirir ki, bu, ABŞ hərbçiləri tərəfindən işlənmiş “Qafqaz dəhlizi” layihəsi çərçivəsində gerçəkləşdiriləcək. Layihə çərçivəsində Əfqanıstandan Amerika hərbçilərinin əmlakı (hərbi texnika, silah, sursat və təchizat əşyaları) daşınacaq. “Qafqaz dəhlizi Heratdan başlayaraq Kuşkadan Türkmənistanın Marı şəhərinə qədər uzanır və oradan dəmir yolu ilə davam edir. Dəhliz Xəzərdəki Türkmənbaşı limanından bərə ilə Bakıya birləşir. Daha sonra dəmir yolu ilə Gürcüstanın Batumi limanına və Türkiyəyə qədər uzanır”, - deyə Rusiya mənbələri vurğulayır. Onların məlumatına görə, bütün marşrut boyunca yükdəyişmə yerlərində yığım stansiyaları yaradılacaq. Məlumata görə, 2014-cü ilin payızından 2016-cı ilə kimi hər ay Qafqaz dəhlizi ilə 2200 konteyner və texnika vahidi keçəcək.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












