“Dəmir yolunu yüz ölçün, bir keçin” - ADY-dən çağırış - FOTO

ADY kənar müdaxilələrin dəmir yollarına təsirini minimuma endirmək üçün davamlı maarifləndirmə işləri görsə və infrastrukturda yenilənmələr aparsa da, bu cür hallar hərəkətin təhlükəsizliyinə mane olan əsas nüanslardan biri olaraq qalır. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, 2025-ci ildə diqqətsizlik, tələskənlik və ya mövcud qaydalara laqeydlik nəticəsində
ADY qatarlarının maşinistləri yola qəfil insan çıxmasına görə 123 dəfə təcili tormozlama ediblər;
- 18 dəfə toqquşma qaçılmaz olub;
- nəzarətsiz buraxılmış heyvanlarla 61 toqquşma hadisəsi qeydə alınıb.
“Qeyd olunan hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır. ADY bir daha insanlarımızı dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, istisnasız qaydada dəmir yolu keçidlərindən istifadə etməyə, qayda və tələbləri gözləməyə çağırır. Dəmir yolunu yüz ölçün, bir keçin”, - məlumatda bildirilib.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












