Dəmiryoluna yeni lokomotivlər gətirilib - FOTO

Azərbaycanın dəmiryoluna yeni konteyneryükləyici və lokomotivlər gətirilib. "Azərbaycan Avtosfer.az xəbər verir ki, bu barədə Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, son vaxtlar dəmiryolun lokomotiv parkının və vaqon parkının, eləcə də texniki vasitələrin yenilənməsi istiqamətində mühüm addımlar atılır. Bu günlərdə yükdaşımada istifadə olunacaq sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınıb, onlardan 2-si Azərbaycana gətirilib. Həmin elektrovozlar elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilib.
Qeyd olunur ki, son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, rəqabət gücünün artırılmasına təkan verir. Bu il avqustun 3-də Çin Xalq Respublikasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gəlib. Gələcəkdə konteyner daşımalarının artması proqnozlaşdırılır. Məhz bu səbəbdən konteyner daşımalarında istifadə olunan texniki vasitələrin yenilənməsinə ehtiyac yaranıb.
Bu gün Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş “Valmet” markalı 45 tonluq konteyneryükləyici kran gətirilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar













