Dəniz taksiləri ideyasını təxirə salıb

Bakı buxtasında kiçik dəniz taksilərinin fəaliyyətinin təşkili ideyasından müvəqqəti imtina edilib. Paytaxtın küləkli hava şəraiti kiçik taksilərin hərəkətinə imkan vermədiyindən bu məsələ hazırda gündəmdə deyil. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov deyib.
"Bakıda cənub küləkləri artıb, dəniz şəraiti taksilərin hərəkətinə həmişə maneə törədir. Ona görə biz bunu təxirə saldıq", - deyə Q.Qurbanov bildirib.
Onun sözlərinə görə, kiçik dəniz taksiləri əvəzində Bakı buxtasında yeni alınan böyük gəmilər hərəkət edir: "Onlar sərnişin gəzintliləri ilə məşğuldur. Bizim dəniz şıltaq olduğuna, hazırda cənub küləklərinin intensivliyi artdığına görə balaca gəmilərin hərəkəti məhdudlaşır".
Xatırladaq ki, əvvəlki təkliflərdə dəniz taksilərinin Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcəyi nəzərdə tutulurdu.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












