Deputat: "Bakı metrosunda kondisionerlərin işləməməsi qəbuledilməzdir"

"Bakı metrosundakı qatarlarda kondisionerlərin işləməməsi qəbuledilməzdir. İstər yay, istərsə də qış ayları olsun. Qatarlarda kondisionerlərin mütləq düzgün, normal işləməsi vacibdir. Bu, insanların sağlamlığı üçün önəmlidir. Belə hallar varsa, aradan qaldırılmalıdır".
Avtosfer.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev metrolarda kondisionerlərin işləməməsi barədə şikayətlərə münasibət bildirərkən deyib.
"Bu gün hər birimiz vətəndaşların rahatlığı, onların sağlamlığı üçün lazımi tədbirlər görməyə borcluyuq. Metro xidməti mütləq yaxşılaşdırılmalı və insanların tələbatını təmin etməlidir. Bir halda ki gediş haqqı artırılır, xidmətin də səviyyəsi yüksəldilməlidir. Çünki bu, bir vəzifədir. Bu vəzifəni icra edənlər öz işlərinə məsuliyyətlə yanaşmalı, insanların sağlamlığının qeydinə qalmalı, xidmət səviyyəsini yüksəltməlidirlər", - komitə sədri bildirib.
(pravda.az)
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












