Deputat "Pikap"ların yığılmasına görə yol polisini günahlandırdı

Bir müddətdir vətəndaşlara məxsus "Pikap" tipli avtomobillərin saxlanaraq səfərbərlik adı ilə aparılması barədə məlumatlar yayılıb. Qeyd edilib ki, yol polisi əməkdaşları stasionar postlarda bu cür nəqliyyat vasitələrini alaraq sahiblərinə bildiriş veriblər. "Mediapost" xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Erkin Qədirli bildirib ki, "Pikap"ların müharibə məqsədləri üçün mülkiyyətçilərdən alınması qanunda nəzərdə tutulub: "Amma polisin gördüyü iş düzgün deyil. Bunu belə etməzlər, öncə gərək Prezident səfərbərlik elan etsin (səfərbərlik yalnız şəxslərə deyil, onların mülkiyyətinə də aid oluna bilir). Prezident bunu etməyib. Odur ki, polis bu kontektsdə qanunu pozur. Onlar bunu həmin maşınları qeydiyyata almaq üçün edirsə, daha asan və rahat yolu var (başqa ölkələrdə olduğu kimi). "Pikap"ların və bu sayaq avtomobillərin qeydiyyatı alqı-satqı və ya bağışlanma mərhələsində olmalıdır. Bu mərhələdə avtomobil polis qeydiyyatına alındığı kimi, eyni zamanda (vahid elektron sistemdə) hərbi qeydiyyata da alınmalıdır. Dövlət üçün də, mülkiyyətçilər üçün də rahat olar".
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO













