Deputatdan rayon maşınlarına qarşı daha sərt təklif - "Qanun qəbul edək"

Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı qərarın icrası qüsurlu həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov deyib.
Onun sözlərinə görə, rayon qeydiyyatlı avtomobillər müxtəlif yollardan istifadə edərək Bakıya maneəsiz daxil ola bilirlər: "Yalnız avtomobillərin nömrələrinə baxmaq sözügedən qərara formal yanaşmaqdır. Bəlkə nömrə avtomobilin üzərinə düz qoyulmayıb. Mənə məlum olan informasiyalara görə, Bakı qeydiyyatında olmayan bəzi avtomobillər paytaxta məhdudiyyətsiz daxil ola bilirlər. Onlar mərkəzi, şosse yolundan deyil, yanaşı yollardan istifadə edərək Bakıya daxil olurlar. Avtomobillər dairəvi yoldan Bakının kəndlərinə, oradan da şəhərin mərkəzi hissələrinə daxil olurlar. Qərarın icrası mükəmməl deyil. Əgər avtomobil Bakı qeydiyyatında deyilsə, həmin nəqliyyat vasitəsi paytaxta buraxılmamalıdır”.
Rayon qeydiyyatında olan avtomobillərin Bakıya daxil olmasının qarşısını almaq üçün sanksiyaların tətbiqinin vacibliyini vurğulayan millət vəkili hesab edir ki, bu, gələcəyin işidir: “İnsanlar qanunu sistematik pozduqları halda qanun işləmir. Bu halda qanun sərtləşdirilməlidir. Bakı şəhərinin giriş və çıxışlarında duracaqların qurulması effekt vermir. Bunun qarşısını almaq üçün gələcəkdə sanksiyalar tətbiq olunmalıdır".
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












