Deputatdan şəhid atasına maraqlı hədiyyə - FOTO

MM-nın Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Xətai Həsənovun atası Xaliq Nəsrəddin oğlu Həsənovla görüşüb. Avtosfer.az xəbər verir ki, Milli Komitə sədri şəhid atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası, Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Oğlunuz Xətai Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib.
Xətai Ağdərə, Cəbrayıl və Talış kəndi istiqamətində mərdliklə döyüşüb. Biz bilirik ki, oğlunuzun hələ uşaqlıqdan hərbiyə həvəsi olub. Bu həvəs onunla böyüyüb, xarakterik xüsusiyyətlər doğurub və təsadüfi deyil ki, Xətai döyüşlərin gedişində öz komandirini xilas edən zaman qəhramancasına şəhid olub. Bu gün onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz Şəhid valideynlərisiz. Əziz şəhid atası, Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm”! Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
Emin
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA













