Deputatla bağlı məsələ böyüdü: Eldəniz Səlimovun hərəkətinə etirazlar artır

İyulun 29-u Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktı təsdiqlənib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, siyasi-ictimai xadim və sabiq millət vəkili Çingiz Qənizadə məsələ ilə bağlı Yenisabah.az-a bildirib ki, Xaçmazda Milli Məclisin deputatı Eldəniz Müslümovla polis orqanının əməkdaşı arasında baş verən hadisəni mətbuatda izləyib:
“Bu gün rəsmi qurumların açıqlamasından məlum oldu ki, həqiqətən də belə bir fakt mövcuddur. Təəssüf edirəm ki, Milli Məclisin deputatı tərəfindən polis orqanının əməkdaşına qarşı bu cür hərəkətlər olub.
Hadisənin necə, hansı şəraitdə baş verməsinə araşdırmalar və istintaq daha düzgün cavab verəcək. Lakin faktın özü məyusedicidir.
Mən düşünürəm ki, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında hüquq mühafizə orqanlarının, eyni zamanda polisin xüsusi rolu var. Yalnız ictimai-asayiş zamanı deyil, pandemiya dövründə də polis əmkdaşlarının gecə-gündüz, soyuq havada küçələrdə durmaqla bizim həm təhlükəsizliyimizin, həm də sağlamlığımızın keşiyində durmalarının şahidi olmuşuq. Bu səbəbdən hər kəsin polis əməkdaşlarına, hüquq mühafizə orqanlarına və digər qurumların əməkdaşlarına xüsusi ehtiram və diqqətlə yanaşmalarının tərəfdarıyam.
Millət vəkili hər kəsə nümunə olmalıdır. Nəinki, polis əməkdaşına, həmin restoranda vəzifəsini yerinə yetirən gözətçiyə belə xüsusi etik qaydalarla yanaşmalı onların tələblərinə əməl etməli, qanunun aliliyinin təmin olunmasına yardımçı olmalıdır.
Belə bir hadisənin olması ürəkaçan deyil və hüquq mühafizə orqanları bu məsələyə obyektiv və ədalətli qiymət verəcək”.
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










