Dərslər başlaya bilər - Hansı siniflər məktəbə gedəcək? - FOTO

"Müzakirə olunur ki, ibitdai siniflər dərslərə başlasınlar".
Bunu açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, şagirdlər məktəbə daxil olmamışdan öncə müvafiq qaydalara uyğun olaraq temperaturları ölçülməli, maskadan istifadə etməlidirlər:
"Həftənin müəyyən günləri, ola bilər 1, 3, 5, yaxud 2, 4, 6 və yaxud da həfətinin beş günü yalnız səhər saatlarında 2-3 saatlıq dərslərə gedib, gələ bilərlər. Yəni, mərhələli şəkildə bu planlaşdırılır, müzakirə olunur. Böyük ehtimalla elə bu prosesin üzərində dayanacaqlar və dərsləri fevral ayının 1-dən ibtidai siniflərdə bu şəkildə başladacaqlarını düşünürəm. Və ondan sonra tədricən, mart ayına doğru hissə-hissə, ola bilər ki, 9 və 11-ci siniflərdə buraxılış imtahanlarına görə müəyyən mərhələ ilə dərslər başladılsın.
Burada prosesi təşkil etmək üçün mütləq müvafiq qaydalara riayət etmək lazımdır. Xüsusilə qoruyucu maskalardan istifadə olunması, bədən temperaturunun yoxlanılması, spirtlərdən istifadə, şagirdlərin oturduqları siniflərdə, auditoriyalarda məsafənin qorunub saxlanılması kimi məsələlərə mütləq nəzarət olunmalıdır ki, proses uyğun təşkil olunsun. Fikrimcə bunun əsasında da dərslərin ənənəvi qaydada ən azı sırf ibtidai sinifdə də başlanılması doğru olar. Çünki ən çox təhsilə, dərsə ehtiyacı olan məhz həmin kateqoriyadır". (Milli.az)
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












