DGK: Nəqliyyat vasitəsi Azərbaycana zədəli şəkildə daxil olub - VİDEO

Bu gün bəzi media orqanlarında “Union Logistics” MMC-yə məxsus yük nəqliyyat vasitələrinin Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda xeyli müddət saxlanılması ilə bağlı məlumatlar yayımlanıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a bildirilib ki, "Union Logistics" MMC tərəfindən Çin Xalq Respublikasından Qırğız Respublikasına məxsus 4 nəqliyyat vasitəsilə Çin mənşəli müxtəlif təyinatlı qarışıq yüklər iyun ayının sonundan etibarən ölkə ərazinə daxil olub.
|
Nəqliyyat vasitəsinin nömrəsi |
Tarix |
Xarici ticarət iştirakçılarının sayı |
| 08KG371AD / 08KG784PF |
23 iyun 2024 |
9 xarici ticarət iştirakçısı |
| 08KG367AD / 08KG778PF |
1 iyul 2024 |
15 xarici ticarət iştirakçısı |
| 01KG087AV/01KG354PI |
30 iyun 2024 |
6 xarici ticarət iştirakçısı |
| 08KG373AD/08KG766PF |
08 iyul 2024 |
9 xarici ticarət iştirakçısı |
Qeyd edilir ki, "İpək yolu" gömrük postuna daxil olan nəqliyyat vasitələrində olan yüklərin gömrük rəsmiləşdirilməsinin aparılması üçün 2-9 gün aralığında bəzi sahibkarlar tərəfindən gömrük bəyannamələri təqdim edilib.
Eyni zamanda, bu günə qədər həmin nəqliyyat vasitələrində gömrük bəyannaməsi təqdim edilməmiş yüklər də mövcuddur.
Bildirilir ki, malların eyniləşdirilməsi üçün gömrük baxışı gömrük bəyannaməsi əsasında həyata keçirilir. Rəsmiləşdirilməsi sona çatdırılmış gömrük bəyannamələri üzrə gömrük nəzarətinin təyin olunduğu barədə elektron bildirişlərin sahibkarlara göndərilməsinə baxmayaraq, sahibkarlar tərəfindən malların təhvil alınmasına dair elektron növbə üçün müraciət olunmayıb. Əlavə olaraq 2024-cü il 12 iyul tarixdə həmin
sahibkarlara gömrük orqanları tərəfindən malların təhvil alınması üçün yazılı formada məktub ünvanlanıb.
Ünvanlanmış məktublardan irəli gələn görüşlər zamanı məlum olub ki, “Union Logistics” MMC tərəfindən sahibkarlara malların təhvil alınması üçün yaxınlaşmamaları, 15 iyul 2024-cü il tarixdə kütləvi şəkildə Bakı Baş Gömrük İdarəsinin qarşısında toplanmaları tövsiyə olunub.
Bildirilir ki, yük nəqliyyat vasitəsinə “İpək Yolu” gömrük postunda fəaliyyət göstərən gömrük əməkdaşları tərəfindən zərər vurulması ilə bağlı Qırğız Respublikasının gömrük xidməti tərəfindən şəkil və videogörüntülər göndərilib. Aparılan araşdırma nəticəsində həmin nəqliyyat vasitəsinin ölkə ərazisinə zədəli şəkildə daxil olduğu müəyyən edilib.
Qeyd olunan zədə ilə bağlı Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin şifahi müraciəti əsasında aidiyyəti üzrə məlumat verilib. Həmçinin bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsi tərəfindən “Union Locistics” şirkətinə bəyannamələrin gömrük orqanlarına təqdim edilməsinin sürətləndirilməsi barədə məlumat verilib. Məsələnin tam şəkildə araşdırıldıqdan sonra bu halı yaradan səbəblər haqqında əlavə məlumat veriləcək.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












