DIN işə qəbulla bağlı müsabiqə elan etdi

Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında vakant orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Nazirlikdən Avtosfer.az-a verilən xəbərə görə, Astara, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Cəlilabad, Füzuli, Gədəbəy, İmişli, Qazax, Qusar, Qəbələ, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Ucar, Oğuz, Saatlı, Şabran, Şəki, Tərtər, Tovuz, Yardımlı, Zaqatala, Zərdab şəhər, rayon polis şöbələrində polis sahə inspektoru və cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir.
Cəmi 100 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir. Müsahibə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır. Test imtahanları – müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərlə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə keçirilir. Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 1 metr 65 santimetrdən yüksək olan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları olan kişilər iştirak edə bilərlər. Müsabiqə qaliblərinin elan edilmiş vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri DİN-nin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.
“Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər DİN-in www.mia.gov.az ünvanlı saytında yerləşdirilib.
Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il iyun ayının 9-dan iyul ayının 9-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












