Terrorçu rejim beynəlxalq tribunal qarşısında cavab verməlidir - Deputat

Terrorçu Ermənistan rejimi növbəti dəfə bütün beynəlxalq hüququ ayaqlar altına ataraq hərbi cinayət törətdi, Azərbaycanın mülki əhalisini gecə yarısı raket atəşinə tutdu.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Ermənistanın gecə yarısı Gəncədə mülki əhalini raket atəşinə tutması açıq terror əməlidir: “SCUD raketləri və Elbrus OTRK-nın vasitəsi ilə Gəncəyə hücum həyata keçirməklə terrorçu Ermənistan qəsdən qətliam törətmək məqsədi güdür.
Bu, ermənilərin Azərbaycan xalqına qarşı növbəti soyqırımıdır. Ermənistan bir daha özünün çirkin, məkirli siyasətini, vandalizm əməlini həyata keçirməklə Azərbaycan xalqına qarşı gecə yarısı hücum etdi. Elə Xocalı soyqırımı zamanı da mənfur ermənilər gecə vaxtı hücum etmişdilər. Ermənilər eyni ssenari ilə Azərbaycana qarşı növbəti soyqırım həyata keçirirlər.
Beynəlxalq ictimaiyyət artıq bu məsələyə son qoymalıdır və erməni terrorunun qarşısını almalıdır, dinc əhalini qətlə yetirən terrorçu Ermənistan rejimi beynəlxalq tribunal qarşısında cavab verməlidir. Ermənistan Azərbaycan tərəfindən verilən son şansı düzgün qiymətləndirmir və humanitar atəşkəsin arxasında gizlənərək yenə də çirkin əməllərə əl atır. Əgər Ermənistan bu təxribatlarını davam etdirsə, Azərbaycan ordusu Ermənistanın bu çirkin əməlinin cavabını layiqincə verəcək”.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












