DİQQƏT! Bakının mərkəzi prospekti 12 saat bağlı olacaq

Avqustun 2-si saat 20:00-dan avqustun 3-ü saat 08:00-dək paytaxtın Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, "Port Baku"nun inzibati binasının yaxınlığında dəmir yolunda əsaslı təmir-tikinti işləri aparılacaq. Bu səbəbdən göstərilən ərazidən keçən bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Bunu Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov deyib. Onun sözlərinə görə, paytaxtın Neftçilər prospekti ilə Nobel prospekti və Yusif Səfərov küçəsinə doğru hərəkət istiqaməti dəyişdiriləcək və hərəkət Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsinin kəsişməsindən tənzimlənəcək: "Yəni nəqliyyat vasitələri Neftçilər prospektindən Keykab Səfərəliyeva küçəsinə keçməklə Üzeyir Hacıbəyov küçəsi boyu Cavanşir körpüsünün üzəri ilə hərəkətin əksinə, Afiyəddin Cəlilov və yaxud Yusif Səfərov küçələri istiqamətində hərəkət edə biləcəklər. Bu məqsədlə Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospektinə doğru hərəkət edən sürücülərdən xahiş olunur ki, Mərkəzi Neftçilər Xəstəxanasının yanından sağa, 28 May küçəsi ilə Neftçilər prospekti istiqamətində hərəkət etsinlər ki, göstərilən ərazidə nəqliyyatın sıxlığı yaranmasın".
V.Əsədov həmçinin əlavə edib ki, təmir işləri şənbə və bazar günlərinə təsadüf edəcək. Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Dənizkənarı Milli Park boyu istirahətə gələnlərdən xahiş edir ki, ərazidə nəqliyyatın yarana bilən çoxluğunu nəzərə alsınlar və alternativ yollardan istifadəyə üstünlük versinlər.
Emin
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












