DİN Qarabağda silah-sursat aşkarladı - FOTO

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 19-26 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 24 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 28 qumbara, 29 alışdırıcı, 441 mərmi, 5 süngü-bıçaq, 93 patron darağı, 3118 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa rayonu ərazisindən 1 pulemyot, 50 qumbara, 7 partlayıcı, 3 mərmi və 320 ədəd müxtəlif çaplı patron, *Xocalı rayonu ərazisindən* 8 avtomat, 3 tüfəng, 64 mərmi, 121 qumbara, 11 patron darağı, 2 alışdırıcı, 30 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, 20 ədəd kapsul detonatoru, 3 şaşka, 57 ədəd barıt atımı, 1 ədəd mina detektoru, 1040 ədəd müxtəlif çaplı patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 3 ədəd patron darağı və 59 ədəd patron aşkar edilərək götürülüb.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA














