Dollar möhkəmlənir - Manata təzyiq yarana bilərmi? - VİDEO

ABŞ Federal Ehtiyat Sisteminin (FED) qəbul etdiyi uçot dərəcəsinin kəskin artımı qərarı gözlənilən olduğu üçün bu gün qlobal iqtisadiyyatda təşvişə səbəb olmayıb. Lakin FED bundan sonra da bu siyasətini davam edəcəyini bildirib. Bu isə dolların daha da möhkəmlənəcəyini proqnozlaşdırmağa əsas verir.
Avtosfer.az-ın məlumatına görə, bu fikirləri iqtisadçı Rəşad Həsənov deyib. O hesab edir ki, indiki vəziyyətdə manatın devalvasiyaya uğraması real görünmür. Eksperin sözlərinə görə, neftin qiymətinin təqribən son 3 ayda büdcədə nəzərdə tutulan həddin iki mislindən də baha satılması manata yarana biləcək təzyiqləri dəf etməyə imkan verir. Dünyada, o cümlədən Azərbaycanda da geniş dövriyyəyə malik olan avronu isə qoruyacaq faktorlar nəinki yoxdur, əksinə, bu valyutaya əlavə təzyiqlər var. R.Həsənov deyir ki, avro 0.2, 0.3 faiz ətrafında dəyəriszləşməyə məruz qalıb. Rusiya-Ukrayna müharibəsi bundan sonra da avronun ucuzlaşmasında rol oynayacaq. FED-in ötəngünki qərarının avronun bütün dünyada daha da ucuzlaşmasına səbəb olacağı proqnozlaşdırılır. Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub. Ötən gün qəbul edilən qərarla isə uot dərəcəsi 1 faizə qədər yüksəlib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











