Dövlət Dəniz Agentliyi beynəlxalq dəniz təşkilatına müraciət etdi

Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyi qədim dənizçilik tarixinə malik olan Azərbaycan dənizçilərinin adından BMT – nin nüfuzlu orqanı olan, 175 dəniz dövlətinin üzv olduğu Beynəlxalq DənizTəşkilatına (IMO) müraciət ünvanlayıb.
Müraciətdə, Ermənistanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbuletdiyi qətnamələri icra etməməsi, humanitar atəşkəs rejimini, habelə 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutması, Ermənistanın dəfələrlə atəşkəs rejimini pozması, nəinki münaqişə gedən Dağlıq Qarabağərazisində Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə də hücum cəhdləri, sentyabrın 27 – də Ermənistanın növbəti təxribatı və bu günə qədər Azərbaycanın müharibə zonasından kənarda yerləşən,mülki əhalinin yaşadığı şəhər və qəsəbələrə eynizamanda gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnən misli görünməmiş zərbə endirilməsi, dinc sakinlərə qarşı törədilən terror vəcinayət əməllləri barədə faktlar qeyd olunub.
Dövlət Dəniz Agentliyi BMT nin nüfuzlu orqanıolan Beynəlxalq Dəniz Təşkilatının Baş Katibinə müraciətində Ermənistanın BMT nin qəbul etdiyi qətnamələrin icrasına laqeyd mövqe nümayiş etdirməsinə xüsusi diqqət yetirmələrini önə çəkib.
Müraciətdə xüsusi vurğulanır ki, Azərbaycan 30 ilərzində münaqişənin dinc yolla həlinə çalışıb və hərz aman sülh tərəfdarı olub. Hətta dəfələrlə erməni tərəfinin mülki əhaliyə qarşı təxribat törətməsinə baxmayaraq Azərbaycan heç zaman dinc əhaliyə qarşı hərbi güc tətbiq etməyib.
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO












