Dövlət Komitəsi Məhərrəm ayında keçiriləcək mərasimlərlə bağlı çağırış etdi - FOTO

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədr müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durum, gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək, Məhərrəm ayının başlanması ilə əlaqədar DQİDK-nın üzərinə düşən vəzifələrə toxunub, bununla əlaqədar Mərkəzi Aparat və bölgə şöbələrinin iş fəaliyyətlərini daha da gücləndirməli olduğunu deyib. Məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıran M.Qurbanlı dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsini xüsusi olaraq vurğulayıb.
“Dini etiqad azadlığı haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsinin qarşımıza ciddi vəzifələr qoyduğunu da bildirən komitə sədri islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün elan edilən sənəd qəbulunun artıq yekunlaşdığını və avqust ayının 2-dən etibarən müsahibənin başlayacağını qeyd edib.
Din pərdəsi altında islamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşdüyünü nəzərə çatdıran M.Qurbanlı din xadimlərinin Vətənə, milli-mənəvi dəyərlərimizə, o cümlədən azərbaycançılıq ideologiyasına bağlı olmalarının önəmini vurğulayıb. Müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsində Azərbaycan İlahiyyat İnstitutunun roluna diqqət çəkib.
DQİDK sədrinin müavini Səyavuş Heydərov və bölgə şöbə müdirləri gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşdükdən sonra müvafiq tapşırıq və tövsiyələr verilib.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










