Dövlət xəttilə kirayəyə mənzil götürənlərə yeni hüquq və vəzifələr verilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə (satmaq öhdəliyi ilə) kirayəyə mənzil götürən şəxslərə yeni hüquq və vəzifələr verilir.
Bununla bağlı Mənzil Məcəlləsinə dəyişiklik ediləcək.
Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənə qədər bu Məcəllənin 38-ci, 43–47-ci və 119–145-ci maddələri üzrə çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə veriləcək.
Kirayəçi bu Məcəllənin 43.2.1–43.2.3-cü və 125.2.6-cı maddələri ilə müəyyən edilmiş sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələri, o cümlədən bu Məcəllənin 125.2.12-ci, 125.2.13-cü və 125.3-cü maddələri ilə müəyyən edilmiş ümumi əmlaka sərəncam verilməsinə dair sahə mülkiyyətçisinin səlahiyyətlərini yalnız yaşayış sahəsinin mülkiyyətçisinin yazılı razılığı əsasında həyata keçirə bilər. (report)
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












