Dövlətdən SOCAR-a məsləhət: Yanacağın qiymətini ucuzlaşdırın

Son ildə Avropada benzinin və dizel yanacağının qiyməti gözəçarpacaq dərəcədə ucuzlaşıb. Avtosfer.az 24today.net-ə istinadən xəbər verir ki, Ukraynanın Antiinhisar Komitəsi ölkənin 12 iri yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətlərə benzin və dizel yanacağının qiymətinin aşağı salınmasını məsləhət görüb. “Neft məmulatları bazarında yaranan vəziyyətlə əlaqədar, Ukraynanın Antiinhisar Komitəsi bazar iştirakçılarına, mühərrik benzinin və dizel yanacağı üçün bazarda rəqabət şəraitində mövcud olacaq pərakəndə satış qiymətlərinin müəyyən edilməsi üçün tədbirlərə dair nəzərdən keçirmək üçün tövsiyələr təqdim edib”, - Komitənin məlumatında deyilir. Tövsiyələr “AMİK Ukraina”, “KLO”, “OKKO Nefteprodukt”, “VOQ Riteyl”, “Alyans Holdinq”, “Kerşer”, “Ukrnafta”, “Vesta Servis”, VTF “AVİAS”, “Bel Oyl”, “BRSM-Nafta” və “SOCAR Enerci Ukrina” şirkətlərinə aiddir. Antiinhisar Komitəsi qeyd edir ki, pərakəndə qiymətlərin formalaşmasına təsir edən obyektiv amillər onun alınma qiyməti (Platt`s kotirovkas üzrə), aksizlər, ekoloji vergi, neftin ƏDV qiyməti, ABŞ dollarının və avronun məzənnəsi, eləcə də ticarət əlavəsidir (marja).
Antiinhisar Komitəsində bildiriblər ki, son bir il ərzində Avropa bazarlarında neft, benzin və dizel yanacağının qiymətində ciddi azalma var.
Əsasən Brent markalı neftin qiyməti 2015-ci ilin avqustunda, 2014-cü il ilə müqayisədə 50% ucuzlaşıb, cari ilin avqust ayı üçün Platts katirovkaları 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 47% enib.
“Bununla yanaşı mühərrik benzini və dizel yanacağı üçün qiymətlər Ukraynada orta hesabla 20% artıb. Beləliklə də Ukraynada müəyyən edilmiş pərakəndə qiymətlər onların formalaşmasına təsir edən amillərin dəyişməsi ilə uyğun gəlmir”, - məlumatda deyilir. Şirkətlər 10 gün ərzində öz təkliflərini Antiinhisar Komitəsinə təqdim etməlidir.
Daha öncə baş nazir Arseni Yatsenyuk Ukrayna neft reyderlərinin dünya bazarında neftin qiymətinin ucuzlaşmasına necə reaksiya verdiklərinin yoxlanılması barədə göstəriş vermişdi.
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzanacaq – AÇIQLAMA
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı










