Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı - DTX

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən davam edən hərbi təxribatlarına qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvəffəqiyyətlə apardığı əks-hücum əməliyyatları nəticəsində bir neçə rayon, eləcə də strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilib, Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılıb.
Qeyd olunan videogörüntülər düşmən ordusu tərəfindən Azərbaycan Respublikasının qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunub.
Aşkar edilmiş faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılmış, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır.
Bir daha vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edilir, Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırırıq.
Fidan
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA










