DTX-də Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTO

2021-ci ilin 6 noyabr tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında və Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbirlər keçirilmişdir.
Bu barədə Dövlət Sərhət Xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirlərdə Xidmətin əməkdaşları, Vətən müharibəsi qaziləri və Akademiyanın kursantları iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin təhsil ocağının ərazisində ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. “Şöhrət” muzeyində qonaqlara dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Akademiyanın yaranma tarixi və fəaliyyəti, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbərinin bu mühüm dövlət təsisatında keçdiyi şərəfli yol barədə məlumat verilmişdir. Ziyarətçilər muzeydə Ümummilli Liderin mənalı ömür yolunu əks etdirən fotostendlərlə və digər eksponatlarla yaxından tanış olmuş, Vətən müharibəsindəki şanlı Qələbəyə həsr olunan sənədli filmə tamaşa etmişlər. Sonra kursantlarla Vətən müharibəsi qazilərinin səmimi görüşü baş tutmuş, qonaqlara hədiyyələr təqdim olunmuşdur.
Bunun ardınca DTX-nin Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirə qatılan qonaqlar əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Dövlət himni səsləndirildikdən sonra DTX-nin Mədəniyyət Mərkəzinin hazırladığı İkinci Qarabağ müharibəsindən bəhs edən film nümayiş olunmuşdur.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik Füzuli İmrəliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əzmi, qətiyyəti və yüksək sərkərdəlik bacarığı ilə aparılan 44 günlük haqq savaşında keçdiyi döyüş yolundan, çiyin-çiyinə vuruşduğu hərbçi yoldaşlarının igidliyindən və şücaətindən söz açmışdır. Müharibə iştirakçılarına və şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan da danışan qəhrəman zabit F.İmrəliyev DTX əməkdaşlarının Silahlı Qüvvələrin Ali Baş Komandanının əmr və göstərişlərini bundan sonra da layiqincə icra etməyə hazır olduğunu bildirmişdir.
Sonra tədbir tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam etmişdir.
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO










