DTX: “Rusiya təmsilçiləri Azərbaycana qarşı əsassız iddialar irəli sürüb”
Gündəm
7 May 2022 10:57

Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir. "Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur. Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk" - məlumatda bildirilib.
Fidan
Oxunub : 1528
DİGƏR XƏBƏRLƏR
2 Oktyabr 2026 20:13
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
2 Oktyabr 2026 20:05
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
2 Oktyabr 2026 20:00
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
2 Oktyabr 2026 18:40
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
2 Oktyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
2 Oktyabr 2026 15:41
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
2 Oktyabr 2026 14:41
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
2 Oktyabr 2026 09:30
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
1 Oktyabr 2026 21:30
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
1 Oktyabr 2026 18:05
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
1 Oktyabr 2026 12:30
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
1 Oktyabr 2026 10:23
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
ŞƏRH YAZ











