Dünya azərbaycanlıları “Bir olaq, Qarabağa dəstək olaq!” deyir

Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Bayrağı Günü ilə əlaqədar dünya azərbaycanlılarının iştirakı ilə “Bir olaq, Qarabağa dəstək olaq!” adlı virtual görüş təşkil edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
49 ölkədən 100-dən çox soydaşımızın qatıldığı görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin “Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır” fikrini diqqətə çatdırıb və soydaşlarımızın hər birini Dövlət Bayrağı günü münasibətilə təbrik edib.
Xaricdə yaşayan soydaşlarımız bildiriblər ki, Vətən torpağının hər qarışında, o cümlədən, düşmən tapdağından azad olunan ərazilərimizdə əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımız hər bir azərbaycanlının qəlbində qürur və fərəh hissi yaradır.
Komitəyə gələrək görüşə qatılan Xalq artisti Fəxrəddin Manafov, Türkiyədə yaşayan böyük sənətkarımız Cahangir Novruzov, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və digər qonaqlar dünya azərbaycanlılarının birliyindən fəxarət hissi keçirdiklərini, bir bayraq eşqinə bir bayraq altında toplaşan dünya azərbaycanlılarının hər zaman dövlətimizin yanında olduqlarını, öz zəkası, siyasi iradəsi ilə dünyada Azərbaycanın nüfuzunu qaldıran Ali Baş Komandana və xalqımıza zəfər sevinci yaşadan ordumuza minnətdarlıqlarını bəyan ediblər.
Qarabağ üçün hər zaman bir olduqlarını, birliyimizlə tarix yazdığımızı bildirən soydaşlarımız əllərində üçrəngli bayrağımızı dalğalandıraraq, görüşü bu möhtəşəm mənzərə ilə başa vurublar.
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq










