Dünya Bankı nəqliyyat infrastrukturunun bərpasına 432 milyon dollar ayıracaq

Dünya Bankı DRIVE “Ukraynada həssas mühitlərdə dayanıqlı infrastrukturun yaradılması” layihəsi çərçivəsində ölkənin nəqliyyat infrastrukturunun bərpasına 432 milyon ABŞ dolları ayıracaq.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal özünün teleqram kanalında məlumat verib.
“Ukrayna nəqliyyat infrastrukturunun bərpası üçün Dünya Bankından 432 milyon ABŞ dolları alacaq. DRIVE layihəsi çərçivəsində müvafiq sazişlər bu gün Kiyevdə İnkişaf Nazirliyi ilə Dünya Bankı arasında imzalanıb”, - o yazıb.
Şmıqalın sözlərinə görə, layihə ölkənin 19 regionunda yolların və körpülərin əsaslı təmirini, avtomobil yollarının modernləşdirilməsini, modul körpülərin quraşdırılmasını, həmçinin texniki yardımı nəzərdə tutur. Onu Ukraynanın İnfrastrukturun Bərpası və İnkişafı üzrə Dövlət Agentliyi həyata keçirəcək.
Baş nazir vəsaitin Ukrayna büdcəsinə nə vaxt köçürüləcəyini açıqlamayıb.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












