Dünya iqtisadiyyatı 7 trilyon dollar itirəcək

Koronavirus infeksiyasının yayılması səbəbindən 2021-ci ilin sonuna qədər dünya iqtisadiyyatına dəyən ümumi zərər 7 trilyon dollara çatacaq.
Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqtisadçısı Lorans Bun bildirib.
“Biz 2021-ci il üçün proqnozumuzu dəyişməmişik. Dünya iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətlə bərpa olunmayacaq. Biz hələ uzun müddət virusla yaşamalı olacağıq. 2021-ci ilin sonunadək dünyanın ümumdaxili məhsulu 7 trilyon dollar itirəcək. Bu, çox ciddi şokdur”, - deyə Lorans Bun qeyd edib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sentyabrın 16-da yayımladığı məruzədə koronavirusun yayılması ilə bağlı vəziyyətin müsbət məcrada inkişaf edəcəyi təqdirdə bu il dünyanın ümumdaxili məhsul həcmində əvvəllər proqnozlaşdırıldığı kimi 6 faizlik deyil, 4,5 faizlik azalmanın olacağını vurğulayıb. Həmçinin qeyd edilir ki, 2020-ci ildə dünyada istehsalatın azalma göstəricisi gözləniləndən az olub. Ekspertlərin sözlərinə görə, məhdudiyyət tədbirlərinin yumşaldılması və müəssisələrin fəaliyyətinin bərpa olunmasından sonra istehsal həcmi tez bir zamanda artmağa başlasa da, yay aylarında qlobal bərpa templəri bir qədər ləngiyib. (AZƏRTAC )
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












