Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu

“Time” dərgisi dünyanın 100 ən mühüm şəxsinin (Time 100 Most Influential People) reytinqini açıqlayıb.
“Report” xəbər verir ki, nəşrdə dünya məşhurları “Öncüllər”, “Sənətkarlar”, “Liderlər”, “Nəhənglər”, “Bütlər” şəklində təsnifləndirilir.
“Öncüllər” sırasında reper Meqan Te Stallion, basketbol ulduzları - Ciannis Antetokumpo və Maya Mur, tarixçi və irqçilik tədqiqatçısı İbram X.Kendi, siyasi fəal Nathan Lou Kvun-çunq, yazıçı Tomi Adeyemi, astronavtlar - Kristina Koç və Cessika Meir, araşdırmaçı jurnalist Culie K.Braun, enerji və ətraf mühit tədqiqatçısı Sesilia Martinez, hüquqşünas Çeys Strangio, koronavirus genomunu ilk tədqiq edən Janq Yonqjen, rejissor Turmalin, jurnalist, rejissor və fəal Vəəd əl Katib, hüquqşünas və siyasətçi Əbubəkər Tambadu, iş adamı və yazar Qabriela Kamara, tibb mütəxəssisləri - Kamilla Rothe, Rebekka Qomperts, Ravindra Qupta, Uhan Virusologiya İnstitutunun qabaqcıl mütəxəssislərindən Şi Jenqli, alim və mühəndis Lauren Qardner, jurnalist və rejissor Şiori İto var.
Sənətkarlardan 100-lükdə yazıçı və rejissor Aleksandra Vonq, aktyor və prodüser Maykl B.Cordan, musiqiçi və prodüser Selena Qomez, müğənnilər - Xose Balvin, Anais Mitçell, rəqqasə və müğənni Yoyo Siva, müğənni və fəal Halsey, yazıçı, aktrisa, prodüser Fobe Valler-Bridc, müğənni və aktrisa Cennifer Hadson, violonçel ustası Yo-Yo Ma, dizayner Dapper Dan, aktrisa və prodüser Mikaela Koel, rejissor Bonq Jun-ho, Lastesis feminist qrupu, rəssam Culie Mehretu, aktyor və müğənni Ayuşmann Xurrana kimi simaları görürük.
Liderlər qrupuna fizika və immunologiya mütəxəssisi, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Antoni Fauçi, demokrat senator Kəmalə Haris, Tayvan prezidenti Tsai İnq-ven, ABŞ Ali Məhkəməsinin sədri Con Roberts, Çin, ABŞ, Braziliya prezidentləri - Si Cinpinq, Donald Tramp, Jair Bolsonaro, Sezar ləqəbli hərbi fotomüxbir, Almaniya kansleri Angela Merkel, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, Nümayəndələr Palatası sədri Nansi Pelosi, Hindistanın baş naziri Narendra Modi, ABŞ-ın baş prokuroru Uiliam Barr, Paris meri Ann Hidalqo, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Hebreyesus, Beynəlxalq Xidmət İşçiləri İttifaqının beynəlxalq prezidenti Mari Kay Henri, Amazon yerliləri vaorani xalqının lideri Nemonte Nenquimo, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Koreya Xəstəliklərə Nəzarət və Önləmə Agentliyinin komissarı Yunq Eun-kyeonq, ABŞ Milli Tibb Bacıları İttifaqının rəhbəri Bonnie Kastilyo, Konqo Demokratik Respublikası Milli Biotəbabət Tədqiqatları İnstitutunun rəhbəri, ebola mütəxəssisi Jan Jak Muyembe-Tamfum, Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı səfiri Yusif əl Otəyba daxil edilib.
Nəhənglər dəstəsində aktrisa və yazar Qabrielle Union və həyat yoldaşı, basketbol ulduzu Duayn Ueyd, “Google” şirkətinin baş direktoru Sundar Piçai, kino xadimi Tayler Perri, yazıçı və xeyriyyəçi Makenzi Skott, kimyaçı və iş adamı Robert Smit, Formula 1 yarışçısı Luis Hamilton, Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauell, “Zoom Video Communications” şirkətinin təsisçisi və rəhbəri Erik Yuan, Amerikan futbol ulduzu Patrik Mahoms, xeyriyyəçi Kler Babino-Fonteno, yazıçı və rejissor Qreq Berlanti, media rəhbəri Şari Redstoun, iqtisadçı və iş adamı, Afrika Birləşmiş Bankının rəhbəri Toni Elumelu, tibb mütəxəssisləri - Jonq Nanşan, Tunci Funşo, İMF-nin idarəçi direktoru Kristalina Georgieva, “Netflix” şirkətinin vitse-prezidenti, rejissor Lisa Nişimura, ABŞ Hava Qüvvələrinin qərargah rəisi kiçik Çarlz Braun, “Alibaba Group”un rəhbəri Daniel Janq, “Space X” şirkətinin prezidenti Guayn Şotuell gözə dəyir.
Büt adına isə Bruklindəki bir xəstəxananın tibb bacısı Ami o’Sallivan, “Black Lives Matter” hərəkatının təsisçiləri - Alisia Qarza, Patris Kurors, Opal Tometi, hüquqşünas və fəal Adi Barkan, aktyor və müğənni Billi Porter, tennis ulduzu Naomi Osaka, ictimai xadim Ancela Devis, hüquq müdafiəçisi Çi Çia Vei, amerikan futbol ulduzu Meqan Rapino, aktyor və yazıçı Felipe Neto, yüngül atlet Allison Feliks, rahibə Norma Pimentel, yazıçı David Hill, feminist fəal Arussi Unda, hüquqşünas, hüquq müdafiəçisi Nuri Türkel, jurnalist və hüquq müdafiəçisi Lina Əttəlah, ictimai fəal Bilgis layiq görülüblər.
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR










