Dünyanın bu şəhərlərində saatlarla tıxac olur – Araşdırma

Dünyanın iri şəhərlərində nəqliyyat sıxlığı ciddi problem olaraq qalır. Beynəlxalq nəqliyyat və yol hərəkəti üzrə aparılan son araşdırmalar göstərir ki, bəzi metropollarda sürücülər günün bir neçə saatını tıxacda keçirməyə məcbur qalırlar.
Avtosfer.az rəsmi trafik hesabatlarına əsasən xəbər verir ki, İstanbul tıxacların ən uzun sürdüyü şəhərlər siyahısında ön sıralarda yer alır. Şəhərdə sürücülər ildə orta hesabla yüz saatdan artıq vaxtını yol sıxlığında itirir. Eyni vəziyyət ABŞ-nin Çikaqo və Nyu-York, Meksikanın paytaxtı Mexiko, eləcə də Böyük Britaniyanın London şəhərlərində də müşahidə olunur.
Araşdırmalara görə, Dublin, Paris, Atina və Los-Anceles kimi şəhərlərdə də pik saatlarda tıxaclar saatlarla davam edir. Mütəxəssislər bunu əhalinin sürətlə artması, şəxsi avtomobillərdən geniş istifadə, yol infrastrukturunun yüklənməsi və ictimai nəqliyyatın kifayət qədər effektiv olmaması ilə əlaqələndirirlər.
Ekspertlərin fikrincə, uzunmüddətli tıxaclar yalnız vaxt itkisinə deyil, eyni zamanda yanacaq sərfiyyatının artmasına, havanın çirklənməsinə və sürücülər arasında stressin yüksəlməsinə səbəb olur.
Qeyd olunur ki, bir sıra ölkələr bu problemi azaltmaq üçün ictimai nəqliyyatın inkişafı, ağıllı yol sistemlərinin tətbiqi və avtomobil istifadəsinin məhdudlaşdırılması istiqamətində yeni tədbirlər görməyə başlayıb./baku.ws
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












