Düşmən vandalizmi nəticəsində ailəsini itirən uşaqların övladlığa götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

"Ermənistanın Azəbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində ailəsini itirən uşaqların övladlığa götürülməsi ilə bağlı proseslər müvafiq normalara uyğun şəkildə aparılır. Bilirsiniz ki, uşaqların övladlığa götürülməsi məsələsi ilk olaraq yaxın qohumlara təklif edilir. Yalnız qohumlar tərəfindən müsbət yanaşma olmadığı təqdirdə, onların ailələr tərəfindən himayəyə, övladlığa götürülməsi prosesinə baxıla bilər”.
Bu sözləri Avtosfer.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov cəmiyyətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması nəticəsində ailəsini itirən uşaqları övladlığa götürmək istəyən şəxslərin müraciətlərinə cavab olaraq deyib.
O bildirib ki, ümumiyyətlə mövcud vəziyyətlə bağlı dövlət tərəfindən həmin uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər görülür:
“Baş verən hadisələr təbii olaraq uşaqlara çox pis təsir göstərib. Bununla bağlı onlara psixoloji dəstək göstərilir. Qida və digər zəruri ehtiyacları qarşılanır. Həmin kateqoriyadan olan uşaqların övladlığa götürülməsinin ilk olaraq yaxın qohumları tərəfindən həyata keçirilməsinə şərait yaradılacaq. Dövlət tərəfindən də ehtiyac olan, zəruri bütün yardımlar göstəriləcək. Sosial şəbəkələrdə vətəndaşların bu mövzu ilə bağlı həssaslığını başa düşürük.
Ancaq bu gün həmin uşaqlara dövlət tərəfindən bütün dəstək göstərilir. İstənilən halda biz də istəyirik ki, uşaqlar ailələrdə böyüsünlər. Bu məqsədlə də əgər ehtiyac olarsa, uşaqlar övladlığa götürülmə ilə bağlı prosesə verilə bilər. Lakin, hazırda həyata keçirilən tədbirlər nəticəsində uşaqların ailə qohumları ilə əlaqələr qurulur, bu məsələyə müsbət yanaşma var”.
E.Səfərov düşmənin mülki obyektləri atəşə tutması nəticəsində bəzi insanların sənədlərinin məhv olması ilə bağlı faktların olduğuna da toxunub:
“Bu məqamı xüsusi vurğulamaq istərdim. Hadisələr nəticəsində məhv edilən yaşayış evlərində sənədləri yanan, itən şəxslərə yeni sənədlərin hazırlanması istiqamətində də işlər görülür. Onlar təkcə uşaqlar yox, mülki əhalidir. Bu insanlar təkcə Dağlıq Qarabağdan uzaq olan Gəncədə deyil, Mingəçevirdə, Bərdədə, Naftalanda yaşayan dinc əhalidir”.
Nərminə
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır










