Düşmənin Bərdəyə atdığı raket böyük çuxur əmələ gətirib - VİDEO

Cəbhədə şiddətli döyüşlər davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən terror əməllərini davam etdirərək Azərbaycanın dinc əhalisini hədəfə alıb, sakinləri raketlərlə atəşə tutub.
Oktyabrın 8-i günorta saatlarında Bərdə rayonunun Qasımbəyli kəndinin əkin sahəsinə düşmən tərəfindən “Toçka-U” taktiki raket kompleksindən atəş açılıb. Partlayan mərmi nəticəsində böyük bir çuxur əmələ gəlib. Çuxurun dərinliyi 5 m-dən çoxdur. Yaxınlıqda olan evlərə ziyan dəyib.
Qasımbəyli kənd sakini Valeh Nəzərov "Report"un əməkdaşına bildirib ki, hadisə zamanı ailəsi ilə birgə evdə olub: "Səs gələn kimi həyətə çıxdıq. Əkin sahəsi tərəfdən tüstü qalxdı. Top mərmisi nəticəsində böyük bir çuxur əmələ gəlib".
O vurğulayıb ki, düşmən tərəfindən atılan raketlərə baxmayaraq, kənddə ab-hava yaxşıdır: "Biz Azərbaycan Ordusuna inanırıq. İşğal olunmuş torpaqlarımız tezliklə düşməndən azad ediləcək. Yaşasın Azərbaycan Ordusu".
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumata əsasən, saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












