DYP 5 nəfərin öldüyü qəzanın başvermə səbəbini AÇIQLADI - Sürücü yuxulayıbmış

Baş Dövlət Yol Polisi İdarəsini Ucar rayonu ərazisində 5 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. İdarədən Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, iyulun 9-da, saat 02:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən 218-ci km-də Zaqatala şəhər sakini 14.05.1970-ci il təvəllüdlü sürücü Axundov Nazim Əliəsgər oğlu idarə etdiyi Mercedes Benz Vito111 markalı, 99-MK-091 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Gədəbəy rayonu sakini 01.07.1984-cü il təvəllüdlü sürücü Abdullayev Səfxan Fərman oğlunun idarə etdiyi Howo markalı, 21-BX-166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində Mercedes Benz Vito111 markalı avtomobilin sürücüsü N.Axundov və sərnişinləri Balakən rayon sakini 25.07.1976-cı il təvəllüdlü Qoqayeva Nigar Əhməd qızı, Zaqatala rayon sakinləri 25.04.1984-cü il təvəllüdlü İbrahimova Tünzalə Bəkir qızı, 24.09.1985-ci il təvəllüdlü İbrahimov Eyvaz İbrahim oğlu, 13.11.2004-cü il təvəllüdlü Yusubov Yusuf Feyzulla oğlu hadisə yerində ölüb, Xaçmaz rayon sakini 17.04.2002-ci il təvəllüdlü Mustafayev Rəcəb Ramin oğlu və Balakən rayon sakini 10.11.2010-cu il təvəllüdlü Qoqayeva Hürü Abdusalam qızı xəsarətlər alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
İlkin ehtimala görə, qəzanın baş verməsinə Mercedes Benz Vito111 markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Elmin
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












