EASA: “Boeing 737 Max” Aİ-də istifadə oluna bilər

“Boeing 737 Max” təyyarəsi müvafiq təkmilləşdirmə işlərindən sonra Avropa İttifaqında (Aİ) istismara hazırdır.
“Report” xəbər verir ki, bu barədə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) açıqlama verib.
Təşkilatın icraçı direktoru Patrik Kay təyyarənin təhlükəsizliyinə dair ayrıca olaraq həm uçuş, həm də simulator sınaqlarını keçirdiklərini bildirib.
“Təyyarənin təhlükəsiz olduğuna dair tam arxayınıq və bu da icazə verməyimiz üçün ilkin şərtdir. Bununla belə “737 Max”ın istismara qaytarılmasından sonra da necə işlədiyini diqqətlə izləyəcəyik. Həmçinin bizim israrımızla “Boeing” də bu təyyarənin daha yüksək təhlükəsizliyinə nail olmaq üçün orta perspektivdə daha da təkmilləşdirmə işi üçün çalışacaqlarına dair öhdəlik götürüb”, – deyə EASA rəhbəri qeyd edib.
Ötən ilin noyabr ayında ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Stefen Dikson “Boeing 737 Max” təyyarəsinin təhlükəsizlik məsələlərinin hərtərəfli və müfəssəl təhlilindən sonra istismara qaytarıla biləcəyi barədə sərəncam imzalayıb.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












