“EasyJet” ilk dəfə ili zərərlə başa vurur

Böyük Britaniyanın “EasyJet” azqiymətli hava yolu şirkəti koronavirus pandemiyası nəticəsində cari ili 845 milyon funtluq zərərlə başa vurur.
“Report” “Sky News”-a istinadən xəbər verir ki, şirkətin baş direktoru Yohan Lundqren pandemiya nəticəsində hava nəqliyyatın “tarixində ən ciddi təhlükə” ilə üzləşdiyini qeyd edərək hökuməti qarşıdakı iqtisadi dirçəliş dövründə hava yolu şirkətləri üçün müvafiq dəstək zərfi qəbul etməyə çağırıb.
Qeyd edək ki, ilk dəfə olaraq ili zərərlə başa vuran “EasyJet” Avropanın ən iri hava yolu şirkətlərindən olub ötən il 96 milyon sərnişin daşıyıb. Böyük Britaniyada karantin məhdudiyyətləri tətbiq ediləndən sonra əksər reysləri dayandırmalı olan şirkət iyunun 15-dən etibarən bir sıra daxili xətlərini yenidən bərpa edib.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












